XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı "Arvadım olun" tamaşasını nümayiş etdirəcək
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 09:42

11 mart, saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı  fransız yazarı Raffi Şartın "Arvadım olun" tamaşasını nümayiş etdirəcək.

Teatr Xadimləri İttifaqında baş tutacaq tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Sevda Məmmədova, musiqi tərtibatıçısı Yusif Rüstəmov və Elşən Zeynallıdır.

Qeyd edək ki, tamaşa böyüklər üçün nəzərdə tutulub.

Baxış sayı: 247