XƏBƏRLƏR
MƏLUMAT
Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 15:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə dəyirmi masa keçirilib.

Çıxış edənlər xanımları bayram münasibətilə təbrik edərək, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildiriblər. Həmçinin qeyd edilib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.

Sonda mövzu ilə əlaqədar hazırlanmış videoçarx təqdim edilib.

Baxış sayı: 142