XƏBƏRLƏR
MƏLUMAT
"Acı nəticə" adlı kukla tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2023 02:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Mərdəkan Mədəniyyət Sarayının xalq teatrının aktyorlarının iştirakı ilə yazıçı C.Səlimovun "Acı nəticə" adlı kukla tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl xalq teatrının aktyorları müxtəlif nağıl qəhrəmanlarının obrazları ilə uşaqlarla maraqlı oyunlar keçirib, rəqslər ediblər.

Sonra 221 saylı uşaq baxçasının körpə fidanları tamaşanı izləyiblər.

Baxış sayı: 403