XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2023 17:18

Dekabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib. 

Çıxış edənlər ilk öncə müəllim və şagird kollektivini bayramlar münasibətilə təbrik ediblər.

Sonra məktəbin birləşmiş xoru və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edərək rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 418