XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində ədəbi-bədii tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 01:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə görkəmli bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söhbət açılıb , Arif Məlikov  musiqisinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səsləndirildiyi vurğulanıb.

Sonra konsert proqramı təqdim edilib.

Baxış sayı: 265