XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2023 08:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində 15  sentyabr - Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər müəllim və şagird kollektivini dərs ilinin başlanması münasibətilə təbrik edib, uğurlar arzulayıblar. Bilik günü haqqında məlumat verilərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması və həmin günün “Bilik günü” kimi qeyd edilməsi qərara alınıb.

Sonra məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri mövzu ilə bağlı şeirlər söyləyiblər.

Baxış sayı: 431