XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbində bayram konserti təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2024 14:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə I sinif şagirdləri bayram konserti təqdim ediblər.

İlk olaraq bu gün ilə əlaqədar hazırlanmış məruzə dinlənilib.Məruzədə  Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs olunub.

Bədii hissədə məktəbin birinciləri rəngarəng ifalardan ibarət konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 150