XƏBƏRLƏR
MƏLUMAT
28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 05:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Q. Abbasov adına Mədəniyyət Sarayının və  Şəki şəhər 4 nömrəli musiqi məktəbinin birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən "N" saylı hərbi hissədə 28 May-Müstəqillik Gününə həsr olunmuş "Bu gün bayram libasını geyib Azərbaycanım" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir zamanı musiqi məktəbinin müəllimləri vətəni tərənnüm edən mahnılarla, Mədəniyyət Sarayının bədii rəhbəri isə şeirlərlə çıxış edib.

Baxış sayı: 320