XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli onbirillik musiqi məktəbi “Möhtəşəm zəfərin 3-cü ili” adlı konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 14:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində “Möhtəşəm zəfərin 3-cü ili” adlı konsert keçirilib.

Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədə Azərbaycan Ordusunun və əsgərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən söhbət açılıb.

Konsertdə məktəb şagirdləri və müəllimləri Azərbaycan xalq musiqisi və bəstəkar əsərlərindən ibarət proqramla çıxış ediblər.

Baxış sayı: 170