XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbi “Əsrə bərabər ömür” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2023 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli Onbirillik Musiqi Məktəbi “Heydər Əliyev İli” çərçivəsində “Əsrə bərabər ömür” adlı tədbir keçirib.

İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat verilib.

Tədbirin sonunda məktəb şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərini uğurla ifa ediblər.

Baxış sayı: 185