XƏBƏRLƏR
MƏLUMAT
2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 11:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Zirə qəsəbə Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal hazırda isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışıblar. Bildirilib ki,  Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.

Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin solistləri, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin muğam ifaçısı Ədilə Əliyeva və "Ay" rəqs qrupu çıxış ediblər.

Sonda tədbir iştirakçıları Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif ediliblər.

Baxış sayı: 158