XƏBƏRLƏR
MƏLUMAT
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 06:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və Azərbaycan Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 15 İyun – Milli Qurtuluş Gününün yaranma tarixindən bəhs olunub.

Bədii hissədə Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mövzusunda mahnılar səsləndiriblər.

Baxış sayı: 286