10 nömrəli uşaq musiqi məktəbində “20 Yanvar şəhidləri unudulmur” adlı anım tədbiri keçirilib
Yanvarın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 10 nömrəli uşaq musiqi məktəbində “20 Yanvar şəhidləri unudulmur” adlı anım tədbiri keçirilib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirin aparıcısı 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Məktəbin müəllimlərinin ifasında şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib.