XƏBƏRLƏR
MƏLUMAT
"Zəriflik İşığı" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2023 00:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı və Suraxanı rayon MKS-nin 4 nömrəli filialının birgə təşkilatçılığı ilə şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbdə görkəmli oftalmoloq, alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibəti ilə "Zəriflik İşığı" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib və Zərifə Əliyevanın, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  görkəmli alim Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, video-çarx təqdim olunub.

Bədii hissədə Sarayın "Sözün Sehri" adlı bədii qiraət dərnəyinin üzvləri, "Zəfər" xor kollektivi, "Dalğalar" instrumental ansamblının solisti çıxış ediblər.

Baxış sayı: 336