XƏBƏRLƏR
MƏLUMAT
"Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 10:43

Noyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir.

Tədbirin ədəbi-bədii hissəsində vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər, mahnılar səsləndirilib, rəqs nömrələri və səhnəciklər nümayiş edilib.

Sonda Zəfər Gününə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 361