XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 02:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qüdrətli dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bədii hissədə Mədəniyyət Sarayının "Sözün Sehri" bədii qiraət dərnəyinin üzvləri, "Zəfər" xor kollektivi, “Dalğalar" instrumental ansamblının üzvləri, 118 nömrəli tam orta məktəbin şagirdləri  çıxış ediblər.

Sonda "Azərbaycanın Səsi Bala" və "Bala Türkvision" yarışmalarının qalibi Əhməd Əmirlinin ifasında "Zəfər" xor kollektivinin müşayəti altında "Sən Elə bir zirvəsən" əsəri səslənib.

Baxış sayı: 380