XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi “Tarixin Lideri” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 01:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Tarixin Lideri” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx təqdim edilib və vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin “Səma” rəqs ansamblının “Məşəl” rəqs qrupu, “Şən gimnastlar”, “Gold” rəqs qrupu, “Günəş” poeziya dərnəyinin üzvləri, gənc və istedadlı müğənnilər çıxış ediblər.

Baxış sayı: 379