XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi konsert proqramı təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2023 01:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi və  Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 29 Aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət evində təşkil edilmiş konsert zamanı 13 aprel tarixində keçirilmiş “Gənclərin rəqs dünyası yaradıcılıq müsabiqəsinin qalibləri Diplomlar və Fəxri Fərmanlarla təltif ediliblər.

Tədbirin bədii hissəsində Mərdəkan Mədəniyyət evinin “Lalələr” rəqs qrupu, Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının “Məşəl” rəqs kollektivinin çıxışları alqışla qarşılanıb. 

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, eyni zamanda, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaqdır.

Baxış sayı: 423