XƏBƏRLƏR
MƏLUMAT
"Şanlı Zəfər Tarixi" adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 10:48

Noyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və  Cəfər Cabbarlı ev-muzeyinin birgə təşkilatçılığı ilə "Şanlı Zəfər Tarixi" adlı bayram tədbiri keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdəki çıxışlarda 44 günlük Vətən müharibəsindən, qazandığımız əbədi zəfərdən və qəhrəman oğullarımızın Vətən uğrunda göstərdikləri fədakarlıqlardan danışılıb.

Bədii hissədə  Mərkəzin "Şəlalə" xalq çalğı alətləri xalq ansamblının solistləri, gənc müğənnilər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin tələbələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.

 

Baxış sayı: 336