XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində "Qarabağ Azərbaycanın incisidir!" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2023 16:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində "Qarabağ Azərbaycanın incisidir!" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qarabağ mətbəxinin nümunələrindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilib. Qeyd olunub ki, Qarabağ mətbəxi Azərbaycanın milli mətbəxinin ayrılmaz hissəsidir və  xüsusi dadı,zənginliyi  və müxtəlifliyi ilə seçilən mətbəxdir .

Sərgidə təqdim olunan Qarabağ mətbəxinin nümunələri Fəxri qonaqlar tərəfindən dəyərləndirilib və Mədəniyyət Evi tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Baxış sayı: 409