XƏBƏRLƏR
MƏLUMAT
Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Xatırlayarsan” adlı xatirə gecəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2023 03:55

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Xalq artisti Məmmədbağır Bağırzadəyə həsr olunmuş “Xatırlayarsan” adlı xatirə gecəsi keçirilib.

Tədbirin əvvəlində  Məmmədbağır Bağırzadənin ifasında “Xatırlayarsan” mahnısının lent yazısı səsləndirilib.

Çıxış edənlər Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığı haqqında danışıblar, xatirələrini bölüşüblər.

Tədbir zamanı respublikanın Xalq artistləri Zaur Rzayev, Nazpəri Dostəliyeva, Əməkdar artist İlkin Əhmədov və digər müğənnilər Məmmədbağır Bağırzadənin bəstələdiyi və repertuarında olan mahnıları ifa ediblər.

Baxış sayı: 772