XƏBƏRLƏR
MƏLUMAT
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2023 16:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi və 223 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.

Bədii hissədə Mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin üzvləri vətənpərvərlik ruhunda mahnılar ifa edib, 223 nömrəli tam orta məktəbin şagirdləri isə şeirlər səsləndiriblər.

Baxış sayı: 327