XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/12/2023 09:48

Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə bağlıdır.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx təqdim edilib.

Sonda Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş çıxışlar edib və şeirlər söyləyiblər.

 

Baxış sayı: 253