XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında şahmat turniri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2023 10:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri vardır. 

Yarışı Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Rafiq Rəhimov və R.Qasımov adına 216 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, l-ci dərəcəli idman hakimi Rəşad Rəhimov idarə edib.

Yarış 5 turdan ibarət olub və hər tur üzrə iştirakçılar öz şahmat bacarıqlarını nümayiş etdiriblər. Ümummilikdə turnirdə 22 gənc şahmatçı iştirak edib.

Sonda qalib gələn iştirakçılar Mərdəkan Mədəniyyət Sarayı tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Baxış sayı: 444