XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında rəsm müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2023 02:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müsabiqədə görkəmli dövlət xadiminin ölkəmizin rifahı naminə gördüyü əvəzsiz xidmətlərindən danışılıb.

Sonda münsiflər heyətinin qərarına əsasən, gənc rəssamlar Fəxri diplomlarla təltif ediliblər.

Baxış sayı: 290