XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayı Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2023 01:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert keçirilib.

Tədbirdə mədəni sərvətimiz olan rəqslərimizin tarixindən, bu gözəl sənətin sehrindən söhbət açılıb. Bildirilib ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

Sonra Sarayda fəaliyyət göstərən “Lalələr” rəqs ansamblının, “Azad” rəqs qrupunun və "Salsa" kursunun üzvləri çıxış ediblər.

Baxış sayı: 334