XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxana tövsiyə edir” rubrikasında İlyas Əfəndiyevin “Söyüdlü arx” əsəri vərəqlənib
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2020 08:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətləri olan İlyas Əfəndiyevin “Söyüdlü arx” əsəri haqqında məlumatı oxuculara təqdim edir.

İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun “Kənddən məktublar” adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib. 

“Söyüdlü arx” (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə gənc aktirasıdır. Lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir.

Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir.

Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oyanyır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir. Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir. Təsadüfi olsa da, onun aktirasılıq istedadı tanınır və Bakıya gəlib böyük sənət aləminə addımlamaq üçün imkanlar tapır.

İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyl edib, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməyib. Onun nəsr əsərlərinin bir sıra qəhrəmanları aktrisalardır və bu baxımdan İ.Əfəndiyev böyük C.Cabbarlı ənənələrinin parlaq davamçısıdır.

Baxış sayı: 2045