İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının may ayı buraxılışında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 29-cu mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə İspaniyanın dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı adıçəkilən jurnalın may ayı buraxılışı təqdim edilib. Nəfis tərtibata malik jurnalda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.
Məqalədə dahi şairin irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb. Ədibin ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malik olduğu qeyd olunub, dahi şairin humanist ideyaları və mənəvi dəyərləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Türkdilli xalqların mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Məqalədə vurğulanıb ki, şairin irsinin Azərbaycanda sistemli şəkildə tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edib, 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmaların aparılıb.
Dahi şairin həyat və yaradıcılığını özündə əks etdirən məqalə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
- 09:52 Bu gün SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 105 ili tamam olur
- 09:43 “Ulu Öndərimiz və Böyük qələbə” adlı tədbir keçirilib
- 09:35 “FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 09:28 Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib
- 09:27 “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub
- 09:25 “Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 17:29 Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirilib
- 17:15 “Bu şəhərdə" komandasının üzvləri ilə görüş keçirilib
- 16:17 Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib
- 15:46 Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:29 Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib
- 14:21 Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 11:27 Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 144 ili tamam olur
- 11:21 “Heydər Əliyev və Ekoloji Siyasət” adlı məqalə təqdim olunub
- 10:13 Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
- 10:03 “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 09:59 Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb
- 09:40 Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 09:35 Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub
- 09:30 Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 09:28 Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək
- 17:19 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 17:09 Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib
- 15:41 Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib
- 15:19 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:17 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
- 14:13 Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 12:18 “Səma” rəqs ansamblı “Qızılalma” Beynəlxalq Turan Film Festivalında çıxış edib
- 12:06 Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
- 11:11 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar ekskursiya təşkil olunub
- 10:41 Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən müsabiqələrin yekun seçim mərhələsi keçirilib
- 10:33 R. Axundov adına Mədəniyyət Evində tədbir keçirilib
- 10:07 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
- 10:02 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 09:33 Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 09:28 Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
- 17:46 Xəzər rayon MKS-nin 1 nömrəli kitabxana filialında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:43 Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
- 16:31 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
- 16:28 Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
- 16:18 “Heydər Əliyevin tarixi obrazı və Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs keçirilib
- 15:52 "Yaşıl ümid, sağlam gələcək" devizi altında ağacəkmə aksiyası keçirilib
- 14:55 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:52 Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar
- 14:22 Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb
- 14:20 Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 14:16 Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub
- 12:05 “Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq” mövzusunda mühazirə oxunub
- 11:39 Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 11:24 “Torpağı şəfalı Azərbaycanım” adlı tamaşa təqdim edilib
- 10:59 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb
- 10:13 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:00 Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
- 09:31 Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 86 ili tamam olur
- 09:27 Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib
- 09:23 Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub
- 16:49 TÜRKSOY-un Baş katibi Bütün Türk dövlətlərinin iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi çəkiləcək
- 14:44 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 12:28 Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq