XƏBƏRLƏR
MƏLUMAT
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Dirçəlişdən Zəfərə” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2023 10:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.

Bədii hissədə Mədəniyyət Mərkəzinin "Oğuzlar" və "Ailə" folklor xalq ansamblının üzv və solistləri, Ələsgər Ələkbərov adına Xalq teatrının üzvləri vətənimizi tərənnüm edən şeir və  musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 447