XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2023 01:19

Aprelin 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

İlk olaraq Ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın tərtib etdiyi sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər Zərifə xanımın həyatı və fəaliyyəti haqqında danışıblar, mədəniyyət evinin tibbi yardım kursunun tələbələri məruzə ilə çıxış ediblər.

Tədbirin bədii hissəsində mədəniyyət evinin dərnək üzvləri Zərifə xanıma həsr olunmuş şeirlər səsləndirib, Sevil Əliyevanın anası Zərifə xanımın xatirəsinə bəstələdiyi, sözləri Fikrət Qocaya aid olan “Ana” mahnısı ifa edilib.

Baxış sayı: 322