XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Kübrabəyim Əliyeva ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2023 16:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət  Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti Kübrabəyim Əliyeva ilə görüş keçirilib.

Tədbirdə ilk olaraq sevilən aktrisanın  həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.

Sonra qeyd olunub ki, Kübrabəyim Əliyeva teatr səhnəsində və televiziya ekranlarında bir-birindən dəyərli, maraqlı rollar ifa edib, müxtəlif obrazlarla tamaşaçıların qarşısına çıxıb. 

Sonda tanınmış aktrisa çıxış edərək, aktyorluq peşəsinə gəlməyindən, yaratdığı obrazlardan,  sevdiyi rollardan bəhs edib və iştirakçıları maraqlandıran suallara cavab verib.

Baxış sayı: 257