XƏBƏRLƏR
MƏLUMAT
Balaxanı qəsəbə Mədəniyyət Evində “Bəlalı Xocalı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 10:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət Evində "Bəlalı Xocalı” adlı tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Sonra xalq teatrlarının üzvləri "Kədər və Sevinc" adlı kompozisiya təqdim edib, şeirlər səsləndiriblər.

Baxış sayı: 141