XƏBƏRLƏR
MƏLUMAT
Şuşa şəhərinin işğalının 27 ildönümü ilə əlaqədar sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 16:54

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 4 saylı filialında Bibi-Heybət qəsəbə mədəniyyət evi ilə birgə Şuşa şəhərinin işğalının 27 ildönümü ilə əlaqədar sərgi-söhbət keçirilib.

Bibi-Heybət qəsəbə Mədəniyyət evinin bədii rəhbəri F.Babayeva qeyd edib ki, Qarabağın tacı sayılan Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Onların 480 nəfəri qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. 68 nəfər soydaşlarımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərini düşmən talan edib və ya erməniləşdirib.

27 ildir ki, fikrimiz, qəlbimiz, ürəyimiz Şuşadadır və bir an da olsa belə Şuşanı unutmuruq.

 

Baxış sayı: 22924