Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” aksiyası təşkil olunur. Bu il də ənənəyə uyğun olaraq bütün muzeylərdə “açıq qapı” olacaq, gecə saatlarına qədər pulsuz xidmət göstəriləcək.
Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə aparılmış təmir-bərpa və bədii tərtibat işlərinin tamamlandığını qeyd edib: “Mədəniyyət ocağı son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur və ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Ziyarətçilər bu muzeydə dünya mədəniyyətinin bir sıra örnəkləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.
Nazir çıxışının sonunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklərini çatdırıb, bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub.
Məlumat verilib ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır. İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq saytın mobil versiyası və tətbiqlərinin də hazırlanması nəzərdə tutulub.
Sonda muzey sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirliyin təşəkkürnamələri təqdim olunub.
- 16:28 Mədəniyyət Mərkəzində şəhid Raul Piriyevin xatirəsi anılıb
- 16:25 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:35 Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Musiqidə ədəbi dil normaları" adlı seminar keçirilib
- 14:59 Dövlət Kukla Teatrı Tbilisidə beynəlxalq festivalda uğurla iştirak edib
- 11:24 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 11:14 4 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti keçirib
- 11:10 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir
- 09:24 Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiya açılıb
- 09:20 Bu gün Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasının 95 ili tamam olur
- 09:20 Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər keçirilir
- 09:17
- 09:14 Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar
- 17:03 Azərbaycan-Avstriya mədəni əməkdaşlığının perspektivləri müzakirə olunub
- 16:21 AYB-nin üzvü şair Esmira Günəşin kitablarının təqdimatı keçirilib
- 15:51 Azərbaycan ilə Almaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur
- 14:31 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 83 ili tamam olur
- 14:23 Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
- 14:14 Uşaq yazıçısı Gülzar İbrahimova Norveçdə azərbaycanlı uşaqlarla görüşüb
- 12:08 Xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur
- 11:26 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:20 "Rəngarəng lövhələr" adlı konsert keçirilib
- 11:18 Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
- 10:49 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85-ci ildönümü tamam olur
- 09:15 Omanda “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib
- 09:14 Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 116 ili tamam olur
- 09:11 Nizami Gəncəvinin “Xəmsə”si türk dilinə akademik səviyyədə tərcümə olunacaq
- 09:09 Varşava Beynəlxalq Kitab Sərgisində Azərbaycan yazıçılarının da əsərləri nümayiş olunub
- 09:07 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Rudolfun gündəliyi“ sənədli filmi nümayiş olunub
- 17:40 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:29 “A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar
- 17:21 Mədəniyyət Evində Şair Qorxmaz Kadusi ilə görüş keçirilib
- 17:18 Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb
- 11:44 Kitabxana “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində sərgi təşkil edib
- 11:41 Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim edib
- 11:28 “Sənətkarın dostu” layihəsinə start verilib
- 11:18 Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:15 Kitabxanada “Hər zaman xatırlananlar” adlı söhbət keçirilib
- 10:46 Akademik Milli Dram Teatrı Beynəlxalq forumda
- 09:43 Xalq artisti Həmidə Ömərova ilə görüş keçirilib
- 09:25 Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub
- 09:22 Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb
- 09:20 Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib
- 09:17 UNESCO çərçivəsində Mahmut Kaşğarinin “Divani Lüğat-it-Türk” əsərinin 950 illik yubileyi qeyd olunacaq
- 09:16 Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub
- 17:52 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili tədbir keçirilib
- 16:26 Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
- 15:54 Mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyən olub
- 15:18 Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 15:15 Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsində 150-dən çox vokalçı yarışacaq
- 15:07 Moskvada azərbaycanlı rejissorun filminin premyerası olub
- 14:11 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:47 "A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
- 12:36 Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
- 12:25 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi tədbir keçirib
- 12:21 “Uşaqlara təbiəti sevdirək” adlı tədbir keçirilib
- 11:54 Musiqi Məktəbində “Xoşbəxt olsun uşaqlar” adlı konsert keçirilib
- 10:15 Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Yağışı sevməyən uşaq" adlı tamaşa nümayiş olunub
- 10:10 “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxanaya yeni kitablar hədiyyə olunub
- 10:04 Musiqi Məktəbi “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında çıxış edib
- 09:22 Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib