Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri  Ayla Elşən qızı Sadıqlı (Ü.Nəsibova) və Aysu Elşən qızı Əsgərova (A.Ağayeva) Fəxri fərman ilə təltif olunublar.

Müsabiqə görkəmli Azərbaycan bəstəkarı,  professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi, İsmayıl Hacıbəyovun 70 illik yubileyi ilə əlaqədar keçirilib.