XƏBƏRLƏR
MƏLUMAT
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2022 06:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin kollektivi Ədliyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Açıq qapı” günündə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib.

Məhkum qadınların övladları ilə baş tutan görüşündə İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyevavə “Ümidli gələcək” gənclər təşkilatının sədri Kəmalə Aşumova çıxış ediblər.

Tədbirin bədiihissəsində musiqi məktəbinin saz ansamblı, xanəndələr, nağara, vokal qrupunun çıxışları qonaqlarda xoş ovqat yaradıb.

Sonda Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqədar İdarəsinin rəisi Aynur Sabitova tədbirdə iştirak edən musiqi məktəbinin şagirdlərinə “Təşəkkürnamə”lər təqdim edib.

Baxış sayı: 324