XƏBƏRLƏR
MƏLUMAT
M.S.Ordubadinin xatirə muzeyində “Açıq qapı” günü təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 11:51

16-18  may tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.S.Ordubadinin xatirə muzeyində 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub.

“Açıq qapı” günündəAzərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, 254, 412, 189-190, 54, 14, 13, 236 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak edib.

İştirakçılar  muzeyin ekspozisiyası ilə tanış olub, onlara  görkəmli azərbaycan yazıçısı M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında ətarflı  məlumat  verilib. Bildirilib ki,Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir.

Qeyd edək ki, bu il “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusuna həsr olunub. Bununla əlaqədar, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və M.S.Ordubadinin xatirə muzeyinin birgə əməkdaşlıq müqaviləsinə əsasən, məktəblilər üçün muzey həftəsi “Muzeylər və Nəsimi İrsi” elan edilib.

Baxış sayı: 38419