XƏBƏRLƏR
MƏLUMAT
28 saylı uşaq musiqi məktəbi konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 11:14

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 saylı uşaq musiqi məktəbi Azərbaycan Respublikasının ümummilli lideri, XX əsr dünya siyasətində xüsusi yeri olan müdrik insan və müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən 9 saylı uşaq musiqi məktəbində konsert  keçirib.

Tədbiri “Fortepiano” şöbəsinin müəllimi Samirə Həsənli açaraq, ümumilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin davamlı inkişafında müstəsna yer tutması haqqında gördüyü işlər barədə məlumat verib.

Konsertdə“Skripka” şöbəsinin müəllimləri Lalə Şəfiyeva və Aydan Kazımovanın sinfində təhsil alan şagirdlər çıxış ediblər.

Konsert proqramında şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Tədbirdə Qaradağ rayon YAP-nın və  Qaradağ rayon İcra Hakimiyyəti  Aparatının nümayəndələri iştirak edib.

Baxış sayı: 5475