XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nağıllar aləminə səyahət” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2019 02:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 3a sinfində “Nağıllar aləminə səyahət” adlı tədbir keçirib.

Tədbirdə şagirdlər kitabxana əməkdaşının təqdim etdiyi nağıl kitabları ilə tanış olublar. O, şagirdlərə müxtəlif nağıllar haqqında məlumat verib  və “Üç pişik nağılı”, “Zürafənin boynu necə uzandı”nağıllarını oxuyub.

Sonra şagirdlər də həmin kitablardan nağıllar oxuyublar.

Sonda “Tülkü və Leylək” nağılı nümayiş olunub.

Baxış sayı: 56747