XƏBƏRLƏR
MƏLUMAT
Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 15:38

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Kitab sərgisində müxtəlif yazıçıların Ulu Öndər haqqında yazdıqları kitablar nümayiş olunub.

İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra Mərkəzin metodisti Tənay Abbasova uşaqlara ulu öndər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. Həmçinin, Heydər Əliyevin prezidentliyi dövründə milli ordu quruculuğunda ciddi dəyişikliklər başlayıb. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirilib və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olub. Hal-hazırda Dövlət Başçımız İlham Əliyev ulu öndərin qoyduğu qanunlarla dövlətimizi idarə edir.

Sonda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib.

Baxış sayı: 20376