XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 08:37

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2018- 2019-cu tədris ilində növbəti açıq dərs keçirilib. Açıq dərsdə rayonun 76, 79, 85,87 və 141 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak edib. Şagirdlər əvvəlcə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izləyiblər. Açıq dərs Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Açıq dərsdə 76 nömrəli tam orta məktəbin müəllimi Qəndab Quliyeva “Heydər Əliyev və Azərbaycan dili”,79 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Ənvər qızı Kərəmli “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin rolu”, 85 nömrəli tam orta məktəbin tarix müəllimi Aynur Adil qızı Əsgərova “Ulu Öndər Heydər Əliyevin siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi”,87 nömrəli tam orta məktəbin müəllimi Sevil Nazirşah qızı Məmmədsalahova “Heydər Əliyev və turizm”,141 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Rafiq qızı Kərimova “Heydər Əliyevin daxili siyasəti” movzularında məruzələrlə çıxış ediblər.

Şagirdlərin diqqətinə çatdırılib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan ulu öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, əsrin neft kontraktının bağlanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərib. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir. Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılib.

 

Baxış sayı: 60989