XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-nin 1 saylı filialında “9 may Qələbə Günü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:22

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Nizami rayon MKS-nin 1 saylı filialında 32 saylı tam orta məktəbin  müəllim və şagirdləri  ilə birlikdə “9 may Qələbə Günü” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə böyük kitabxanaçı S.Bağırova açaraq bildirib ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon,1124 özünümüdafiə dəstəsi yaradılıb.1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib.Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov,Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov,Aslan Vəzirov,Adil Quliyev,Ziya Bünyadov,Gəray Əsədov,Məlik Məhərrəmov,Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov,Akim Abbasov,Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar.

Sonra məktəbin müəlliməsi S.Qurbanova Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadə (Mixaylo) haqqında məlumat verib. Mixaylonun döyüşlərdə necə qəhrəmanlıq göstərməsindən, faşist quldurlarına qarşı qəhrəmancasına vuruşmasından söhbət açıb.

Sonda məktəbin şagirdləri Vətənpərvərlik ruhlu şeirlər söyləyiblər.

 

Baxış sayı: 24190