XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-i “Xalqımızın azadlıq və müstəqillik günü” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2019 13:07

Mayın  24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 109 saylı tam orta məktəbdə Respublika günü ilə əlaqədar  “Xalqımızın azadlıq və müstəqillik günü” adlı söhbət keçirib.

Xidmət şöbəsinin əməkdaşı S.Məmmədova qeyd edib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May Respublika günü hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu,arzularının çiçək açdığı bir gündür. 

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü tamam olur.1918-ci ildə xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şanlı səhifəsidir. Müsəlman Şərqinin ilk demokratik, parlamentli dövləti xalqımızın milli mənlik şüurunu özünə qaytarıb,Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirib.

Söhbətin keçirilməsində əsas məqsəd məktəblilərdə vətənə məhəbbət və vətənpərvərlik hissini aşılamaqdır.

Baxış sayı: 26559