Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.
Əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-ci ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.
Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət mükafat komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə qiymətləndirilib. Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və beş nominasiya üzrə seçilən əsas mükafatla yanaşı, daha iki əsərə “Şans” mükafatının verilməsi məqsədəuyğun hesab edilib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını deyib: “Bu mükafat ədəbiyyatımıza, kiçik də olsa, öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılır. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam edib. Cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncamlar sənət adamlarının ruh yüksəkliyinə səbəb olur, yaradıcı ittifaqlar üçün yeni imkanlar açır”.
Nazir “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülən əsərləri ideya-bədii cəhətdən yüksək qiymətləndirib: “Bu əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir. Ədəbiyyat yaşayır və onun inkişafı cəmiyyətin tərəqqisi ilə paralel gedir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc müəlliflərin qarşısında üfüqlər və imkanlar açır”.
Əbülfəs Qarayev ədəbiyyat nümayəndələrinə mədəni irsimizi təbliğ edən əsərlər də yazmağı tövsiyə etdi. Dedi ki, ölkəmizin tarixi-mədəni zənginliyi yaradıcı insanlar üçün geniş mövzu, material verir. Qalib müəllifləri təbrik edən nazir ədəbiyyat adamlarının muzeylərimizə tez-tez baş çəkmələrini, bu zəngin mirasdan ilham almalarını arzulayıb.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib. “Nəsr” nominasiyası üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” , Mübariz Örənin “Balıq gülüşü” əsərləri, “Poeziya” nominasiyasında Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş” və İbrahim İlyaslının “Şair olmaq zülümdü” şeir kitabları mükafata layiq görülüb.
“Ədəbi tənqid və publisistika” nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, “Orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanına, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanına görə mükafatlandırılıb.
Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat alıb.
Müsabiqənin “Şans” ödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olundu. Bütün qaliblərə diplom və pul mükafatı verilib.
Qalib müəlliflər çıxış edərək ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər.
Sonda münsiflər heyətinin üzvləri - Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova mükafatın ədəbiyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıblar.
- 13:04 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 11:53 Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib
- 11:26 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə start verilib
- 10:52 Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
- 10:07 “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
- 09:57 Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
- 09:54 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:50 Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür
- 09:44 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 09:15 AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
- 09:12 Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub
- 09:08 Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 17:31 Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub
- 17:07 “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb
- 16:31 Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”