Həyat Həmdulla qızı Abdullayeva 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub. O, məşhur balıq sənayeçisi Həmdulla Abdullayevin qızıdır. Atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilib. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub. Həmin illərdə Həyat xanım "Tutu xanım", "Həsən bəy Zərdabi" kimi əsərlərini yaradıb. Həyat Abdullayeva dəzgah heykəltəraşlığı sahəsində ilk ali təhsilli heykəltəraş qadın olub. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyib.
O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alıb. Həyat xanımın yaratdığı ilk işi "Gənc oğlan"ın portretidir. 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin — "Ana" (1955), "Yeddi gözəl" (1957) heykəlcikləri, "Həcər" (1959), "Gənclik" (1960), "Lay-lay" (1963) heykəl-kompozisiyaları, Molla Pənah Vaqifin abidəsi (1957), "İki qız" (1967), "Vəcihə Səmədovanın portreti" (1970), "Sənsiz" (1972), "Şah İsmayıl", "Natəvan" və s. kimi yaddaqalan əsərlərin müəllifidir. "Lay-lay" kompozisiyasında körpəsinə ayaqları üstündə lay-lay çalan gənc qadın — ana təsvir olunub. Bu əsər naturadan işlənib. Böyük uğur qazanan bu əsər incəsənətimizin qızıl fonduna daxil olub.
1950-ci ilin ortalarında işlədiyi Nizami Gəncəvinin "7 gözəl" əsəri əsasında kiçik formada kompozisiyası (farforda) tətbiqi sənət sahəsində ən baxımlı nümunələrdəndir. Bu işlər müəllifin qadın portretində rəgarəngliyə, psixoloji tamlığa cəhd etməsindən xəbər verib. Hər bir millətin özünün müsbət, kəskin xarakterini, geyimini, düşüncə tərzini, incəliyini əks etdirib. "7 gözəl" əsərində olduğu kimi heykəltəraş da müsbət surətləri aydınlığı ilə təsvir edib.
Həyat xanımın uşaqlara həsr olunmuş məzmunlu kompozisiyaları yaradıcılığında xüsusi yer tutub. Uşaqların sadə təmiz mənəviyyatının təsvirinə, xarakteristikasına tamaşaçıların diqqətini cəlb edib. Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini yaradıb. Heykəl M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulub. Həyat Abdullayeva Azərbaycan rəssamlıq sənətində xüsusi yer tutub.
Onu başqalarından fərqləndirən cəhətlərindən biri də bir şəxsiyyət kimi əsərləri ilə özü arasındakı yaxınlıq, böyüklük və səmimilikdir. Azərbaycanın görkəmli heykəltəraşına 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Həyat Abdullayeva 21 aprel 2006-cı ildə Bakıda vəfat edib.
- 16:55 “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
- 16:21 Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 14:32 Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür
- 14:17 Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub
- 14:07 Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
- 13:04 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 11:53 Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib
- 11:26 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə start verilib
- 10:52 Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
- 10:07 “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
- 09:57 Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
- 09:54 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:50 Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür
- 09:44 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 09:15 AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
- 09:12 Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub
- 09:08 Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 17:31 Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub
- 17:07 “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb
- 16:31 Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər