Mayın 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, nasir, dramaturq, teatrşünas, tərcüməçi Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecəni Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı Sərəncamla əlaqədar kitabxanada tədbirlər planı hazırlanmasından və icrasından danışıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cəfər Cabbarlı irsinin zənginliyi” mövzusunda çıxışından sonra, kitabxananın 1937-ci ildən fəxrlə görkəmli dramaturqun adını daşımasını bildirib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd əsərlərində insanın xarakterini, psixologiyasını formalaşdıran sənətkar kimi Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı tarixində ölməzlik qazandığını xüsusi vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu “Cəfər Cabbarlının dramaturgiyası” mövzusunda çıxışını bu irsin mütləq bir çox xarici dillərə tərcümə edilib dünyaya yayılma zəruriliyini qeyd etməklə bitirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov “Cəfər Cabbarlı yaradıcılığının dərin məna daşıması və təbliği” mövzusunda çıxış edib.
AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli Cəfər Cabbarlı poeziyasından danışarkən onun “Ana” şerinin əzəmətini xüsusi qeyd edib. Çıxışının sonunda kitabxanaya bir neçə qiymətli kitab hədiyyə verib.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı Cəfər Cabbarlı yaradıcılığına xalqımız tərəfindən verilən yüksək qiymətə və adını yaşatdığına görə təşəkkür edib.
Azərbaycan Dövlət Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, “Manera az” sytının baş redaktoru, yazıçı, jurnalist Şəhla Aslan, Cabir Novruz Mədəniyyət Fondunun üzvü, mədəniyyət işçisi Kəmaləddin Məmmədov şair, dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni bütün yaradıcılığının əsas qayəsinə çevirməsindən, qadın azadlığını dramaturgiyasının əsas mövzusu seçməsindən, teatra böyük qiymət verməsindən danışıblar.
İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri “Azərbaycan oğluyam”, “Anam Azərbaycan”, “Xatırlayarsan məni” mahnılarını ifa etdilər, Cəfər Cabbarlının “Ölkəm”, “Mənim tanrım”, “Həyat, söylə sən kiminsən” şerlərini söyləyiblər.
Ədəbi-bədii gecədə həmçinin, Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev, iqtisadçı Xeyransa Hüseynova, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
Tədbirin sonunda İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri kitabxana tərəfindən Fəxri Fərmanlarla mükafatlandırılıb, “Azərbaycan dramaturgiyasının korifeyi“ adlı kitab sərgisinə baxış keçirilib.
- 21:09 “Bir həyat-bir şans” mövzusunda maarifləndirici tədbir keçirilib
- 16:55 “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
- 16:21 Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 14:32 Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür
- 14:17 Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub
- 14:07 Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
- 13:04 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 11:53 Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib
- 11:26 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə start verilib
- 10:52 Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
- 10:07 “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
- 09:57 Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
- 09:54 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:50 Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür
- 09:44 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 09:15 AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
- 09:12 Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub
- 09:08 Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 17:31 Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub
- 17:07 “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb
- 16:31 Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub