Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilən “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sozopol şəhərinin meri Katya Stoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgi açılıb, “Şəhər motivləri” bədii filmi nümayiş olunub və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim edilib. Festival çərçivəsində reallaşan plenerdə iki azərbaycanlı rəssam – Cəlal Ağayev və Elçin Hüseynli iştirak edib. Onların çəkdikləri əsərlər plener çərçivəsində təşkil edilmiş sərgidə nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova fotosərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləyib. Şərqlə Qərbin qovşağında özünəməxsus məkanda yerləşən Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyini söyləyən diplomat ölkəmizdə müxtəlif vaxtlarda İslam, xristianlıq, iudaizm və digər dinlərin və etiqadların yayıldığını və qarşılıqlı əlaqədə olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir çayın Azərbaycanda ən məşhur içki növü olduğunu, bunun dostluq və mehribanlıqla assosiasiya edildiyini qeyd edib.
Samovarda hazırlanan çayın xüsusi dada malik olmasını qeyd edən səfir azərbaycanlı arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gildən olan samovarın dünyada tapılmış ən qədim samovar olduğunu söyləyib. Bildirib ki, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində tapılan bu nümunənin 3.6 min yaşı var. Azərbaycanda çayın çoxlu növünün olduğunu bildirən səfir 2015-ci ildən etibarən Bakıda beynəlxalq çay festivalının təşkil edildiyini diqqətə çatdırıb.
Festival çərçivəsində nümayiş olunan “Şəhər motivləri” filmi barədə bəhs edən N.Qurbanova filmin 5 qısametrajlı filmdən ibarət olduğunu söyləyib.
Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək festival ilə Sozopolda yay turizm mövsümünün başladığına diqqət çəkib, eyni zamanda Azərbaycanın ötən il olduğu kimi, bu il də festivalda iştirakını yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi açılışı Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti ilə baş tutub. Konsertdə müğənninin Azərbaycan və bolqar dillərində ifa etdiyi “Ey həyat, sən nə qəribəsən” mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecədə həmçinin Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyası və Bolqarıstanın aparıcı özəl kanallarından olan “Kanal 3”ə müsahibə verib. Səfir müsahibəsində sərgi barədə ətraflı məlumat verib, ənənəvi Azərbaycan çay süfrələri barədə danışıb.
Qeyd edək ki, səfirlik Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olunan bu festivalda ötən il də iştirak edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
- 16:55 “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
- 16:21 Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 14:32 Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür
- 14:17 Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub
- 14:07 Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb
- 13:04 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
- 11:53 Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib
- 11:26 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Balaca qonaqlar” adlı yeni layihəyə start verilib
- 10:52 Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
- 10:07 “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
- 09:57 Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
- 09:54 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:50 Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür
- 09:44 Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
- 09:15 AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib
- 09:12 Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub
- 09:08 Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 17:31 Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub
- 17:07 “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb
- 16:31 Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100 illik yubileyi münasibətilə filmlər nümayiş olunub
- 14:28 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:21 Gənclər Kitabxanasında “Vətən fədailəri” kitabının təqdimatı olub
- 09:44 Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
- 09:34 Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
- 09:28 Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
- 09:27 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 09:25 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 17:38 Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub
- 16:45 Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
- 16:07 Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
- 15:50 Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 14:20 Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı nəşr olunub
- 12:21 Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
- 11:53 “Qaraca qız” tamaşasının premyerası olacaq
- 11:47 17 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 11:38 Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
- 11:04 Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub
- 10:21 Musiqi Məktəbi "Xor aləminə səyahət" adlı konsert keçirib
- 10:16 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
- 09:57 33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 09:48 İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib
- 09:43 Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq
- 09:39 Yuliys Straume-150 Naxışlar fərqli mədəniyyətlərdə
- 09:31 UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub
- 09:25 Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 17:05 Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib
- 14:44 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 14:11 Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
- 13:03 İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib
- 12:50 Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib
- 10:56 Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür
- 10:09 Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir
- 09:22 Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub
- 09:20 Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər