Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfərdən qayıdan igidlər” adlı tədbirdə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova açaraq Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq haqqında danışıb, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. O, qeyd edib ki,Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmayıb. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşüb, onunla bir yerdə olub.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb.
Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova “Qazilər” şeirini söyləyib və qeyd edib ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib. Vətən müharibəsi qazilərinə təşəkkürünü bildirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əli-zadə vurğulayıb ki, şəhidlər və qazilər Azərbaycan tarixini yazdılar, onlar mənfur düşmənə qarşı cəsarətlə döyüşüblər. Onların bir amalı var idi, Vətən torpağını işğaldan azad etmək. Onlar 30 illik həsrətə son qoyublar.
“Dəmir Yumruq Alfa-A” cəmiyyətinin sədri Ülviyyə Vasifqızı çıxışında bildirib ki, biz çoxlu şəhidlər verdik. Şəhid anaları qarşısında baş əyirik və onlara rəhmət diləyirik. Azərbaycan anaları Vətənə igid oğullar bəxş ediblər. Müharibə zamanı Ali Baş Komandan xalqı birliyə çağırdı və xalq onun ətrafında sıx birləşdi. Xalq, dövlət və ordu birliyi yarandı.
Milan Hospitalın direktor müavini Sabit Paşayev qazilərə təmənnasız müayinə və müalicə etməklərindən söhbət açıb və qeyd edib ki, hospitalın nəzdində fəaliyyət göstərən idman zalından qazi övladları ödənişsiz istifadə edirlər.
“Qarabağ qaziləri” İctimai Birliyinin “Gənc Qazilər” filialının rəhbəri qazi Hacı Vəliyev Azərbaycan Ordusunda on il xidmət göstərdiyini bildirib. O, qeyd edib ki, Müzəffər Azərbyacan Ordusu güclü orduya çevrilib.
“Elin səsi” İctimai Birliyinin sədri Elvin Talışınski atasının, özünün və qardaşının orduda xidmət etdiklərini deyib. O, qeyd edib ki, biz daima ideoloji müharibə aparmalıyıq, haqq səsimizi dünya ictimaiyyətinə çatdırmalıyıq.
Tədbirin sonunda “Dəmir Yumruq Alfa-A” cəmiyyətinin rəhbərliyi qazilər Hacı Vəliyevə, Muxtar Allahyarova,Emil Bayramova,Elşən Əhmədova,Orxan İmanova,Faiq Bədəlova, Ruslan Məmmədova, Hümbət Abbaszadəyə, Mahir İbrahimova,Tacəddin Cəfərova,Orxan Hüseynova,Xətai Ağayeva,Əlimusa İsmayılova və bir sıra tədbir iştirakçılarına fəxri diplomlar təqdim edib.
Tədbirdə müğənnilər Aygün Ağayeva və Mütəllim Mütəllimov, habelə 239 nömrəli tam orta məktəbin şagirdi Kərim Cəlilov Vətənə və Qarabağa aid mahnılar ifa ediblər.
Sonda Ali Baş Komandan İlham Əliyevin qazanılan Zəfərlə bağlı çıxışları və Müzəffər Azərbaycan Ordusunun rəşadətini əks etdirən videoçarxlar nümayiş olunub.
- 17:32 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan şənlik keçirilib
- 17:13 Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib
- 17:01 Xəzər rayon MKS-nin 2 nömrəli kitabxana filialında tədbir keçirilib
- 16:56 “Dünya bizim evimizdir, ömrümüzdür, günümüzdür” adlı tədbir keçirilib
- 16:35 Qala Etno Fest başlayır
- 16:24 Yazıçılar Birliyində Puşkinin anadan olmasının 225 illiyi qeyd olunub
- 16:17 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 16:10 Rəqəmsal yaradıcı həftəsonu elan olunur
- 15:39 Mərdəkan Mədəniyyət Sarayında konsert keçirilib
- 15:07 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünyaya doğru” adlı rəsm müsabiqəsi keçirilib
- 15:04 Əməkdar artist Elxan Qasımovun xatirəsi anılıb
- 14:51 “Gənc qəhrəmanların günü” adlı tədbir keçirilib
- 14:39 Daşkənddə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib
- 14:34 10 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 13:06 Tanınmış müğənni Rəsul Əfəndiyevlə görüş keçirilib
- 13:03 Niyazi adına 22 nömrəli Uşaq Məktəbi Müstəqillik Gününə həsr olunmuş konsert keçirib
- 13:00 Yasamal rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 12:56 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 09:44 Kitabxanada “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb
- 09:17 Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür
- 09:13 Ankarada milli rəqslərimizin təbliğinə dair yeni layihənin icrasına başlanılıb
- 17:17 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 17:14 Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edilib
- 17:08 Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək
- 15:49 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin maliyyələşməsinə start verilib
- 15:46 Milli Kitabxanada növbəti treninq təşkil olunub
- 15:38 “Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi maliyyələşdirilir
- 14:51 “Aşıq dastanları” kitabı işıq üzü görüb
- 14:19 36 nömrəli Uşaq Musiqi Məktəbi 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edib
- 14:16 “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” mövzusunda tədbir keçirilib
- 14:15 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib
- 11:14 “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
- 10:35 “Müstəqil Azərbaycan Respublikasının yaranmasında və inkişafında liderlərin rolu” mövzusunda dəyirmi masa keçirilib
- 10:07 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
- 09:24 Mədəniyyət naziri Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
- 09:21 Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb
- 17:30 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi 28 May- Müstəqillik Gününə həsr olunmuş konsert keçirib
- 11:57 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin 45 illik yubileyinə həsr olunmuş konserti keçirilib
- 11:35 Əməkdar artist Çingiz Əhmədovla görüş keçirilib
- 11:00 Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 10:22 28 May - Müstəqillik Günüdür
- 09:56 Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti keçirib
- 16:57 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:38 “Bir həyat bir şans” adlı tədbir keçirilib
- 16:30 “Müstəqillik Günü” adlı tədbir keçirilib
- 16:25 “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirilib
- 16:06 Milli Kitabxanada “28 May-Müstəqillik Günü” haqqında tədbir olub
- 14:58 Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub
- 14:41 Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında
- 14:39 Minəcik karvansarası – İpək Yolunun üzərində memarlıq incisi
- 14:25 Bu gün Xalq artisti Soltan Dadaşovun doğum günüdür
- 14:19 Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür
- 14:16 "Müstəqillik günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir" adlı tədbir keçirilib
- 09:31 İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub
- 09:28 ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib
- 09:20 Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib
- 21:09 “Bir həyat-bir şans” mövzusunda maarifləndirici tədbir keçirilib
- 16:55 “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
- 16:21 Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 14:32 Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür