İsmayıl Hüseyn oğlu Hidayətzadə 19 avqust 1901-ci ildə Bakıda dənizçi ailəsində doğulub. İsmayıl Hidayətzadənin teatrla ilk tanışlığı meydan və küçə oyun tamaşalarından, dərviş nağıllarından, şəbih mərasimlərindən başlayıb. Atası Hüseyn kişi onu molla məktəbində təhsilə yollayıb. Kasıb övladı sayıldığı üçün İsmayıla “İttihad”da güzəştlə oxumağa izn verilib. 1917-ci ildə atası rəhmətə gedəndən sonra İsmayıl təhsildən uzaqlaşmaq məcburiyyətində qalıb və ticarət müəssisələrində pirkeşlik etməyə başlayıb. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq edib, hətta tamaşalar hazırlayıb. Müəllim Mirzə Rza Vaizzadənin “Səyavuş” dramını tamaşaya qoyub (1919). Bununla da peşəkar teatr dəstələri ilə təması yaranıb.
1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də vardı. O, bugünkü Akademik Milli Dram Teatrında 1937-ci ilədək aktyor, son iki-üç ildə həm də rejissor işləyib. İsmayıl Hidayətzadə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçib. Az sonra kollektivə baş rejissor təyin olunub və ömrünün sonunadək burada çalışıb.
İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzədirdi. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakter rollar oynamağa keçib, “Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənib. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Şvandiya (“Lyubov Yarovaya”, Konstantin Trenyov), Şmaqa (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Hacı Qara (“Hacr Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Pyer (“İki yetimə”, Adolf D'Enneri və Germon), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə) Baron (“Yurdsuz insanlar”, Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.
“Almaz” filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə “Azərbaycan SSR-nin Əməkdar artisti” (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə “Xalq artisti” (4 dekabr 1938) fəxri adları ilə təltif olunub. İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə Bakıda vəfat edib.
Aktyor kimi coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə civə kimi çevik və həssas görünürdü. Olduqca qızğın temperamentini obrazın ictimai-sosial xarakterinin, vəziyyətin, geniş mənada tamaşanın ali məqsədinin açılmasma istiqamətləndirməkdə ustaydı. Aydın, işıqlı və mənalı gözləri vardı. Pauzalarda gözlə məzmunlu, cazibəli və ən əsası, xarakterin təbiətinə uyğun estetik tərzdə oynayır, səhnənin ucqar nöqtəsində də (verilən mizandan asılı olaraq) tamaşaçını cəlb edə bilirdi. Oynadığı obrazların hamısına xarakterik sürət-ritm tapmağa çalışırdı. Tərcümə əsərlərindəki xarakter rolları oynayanda ilk növbədə həmin obrazların danışığındakı şirinliyin, koloritin, jarqon deyimlərinin azərbaycanca qarşılığını tapmağa ciddi səy göstərirdi.
Bu dövrün müxtəlif illərində Milli Dram Teatrında yaradıcılıqları müxtəlif üslublar əsasında intişar tapan Musa Hacızadə, Mollağa Bəbirli, Qəmər Topuriya, Tamara Paşazadə, Nəzirə Əliyeva, Ziba Şahtaxtinskaya, Bağır Cabbarzadə, Dadaş Şaraplı, Məhəmmədhəsən Atamalıbəyov, Əkbər Şəfi, Cəvahir Hüseynova, Fərəc Süheyli, Şərqiyyə Pepinova, Əlihüseyn Kərimov, Fəxrəndə Ağazadə, Hüseynbala Samizadə, Rzabala Rzayev, Əlikövsər Yusifov, Böyükxanım Axundova (Qubuşova), Əli Nəbi (Mustafa), 1960-1970-ci illərə qədər truppada çalışan Hökümə Qasımova, Nataliya Lizma, Hüseyn Rafi, sonralar əməkdar artist adı ilə təltif olunan Atamoğlan Rzayev, Qafar Həqqi, Haşım Kələntərli, Mirvari Novruzova, Məcid Şamxalov, Hacıməmməd Qafqazlı, Abbas Rzayev, Qəmər Topuriya, Sadıq Saleh (Bağırov), Süleyman Tağızadə, Məmməd Sadıqov, Fateh Fətullayev, Cabbar Əliyev, Ətayə Əliyeva kimi aktyorlar vardı.
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək