Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” aksiyası təşkil olunur. Bu il də ənənəyə uyğun olaraq bütün muzeylərdə “açıq qapı” olacaq, gecə saatlarına qədər pulsuz xidmət göstəriləcək.
Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə aparılmış təmir-bərpa və bədii tərtibat işlərinin tamamlandığını qeyd edib: “Mədəniyyət ocağı son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur və ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Ziyarətçilər bu muzeydə dünya mədəniyyətinin bir sıra örnəkləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.
Nazir çıxışının sonunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklərini çatdırıb, bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub.
Məlumat verilib ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır. İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq saytın mobil versiyası və tətbiqlərinin də hazırlanması nəzərdə tutulub.
Sonda muzey sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirliyin təşəkkürnamələri təqdim olunub.
- 16:58 “Əsrə bərabər gün” tamaşasına baxış
- 16:48 “Mədəniyyətimizin incisi – Şuşa” adlı yeni layihəyə start verilib
- 16:42 Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 16:38 Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 15:22 Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 15:05 Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
- 15:00 Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək
- 14:41 Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb
- 14:39 Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb
- 12:17 Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
- 12:10 Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
- 11:11 Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
- 10:54 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Bahar çiçəyi" adlı konsert keçirib
- 09:28 Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib
- 09:22 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
- 09:20 Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
- 17:49 Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə “Açıq qapı” günü elan olunur
- 17:23 “Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”
- 17:19 “Mənim hüquqlarım məni qoruyur!” adlı tədbir keçirilib
- 15:28 Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
- 15:01 “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
- 14:43 “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib
- 14:27 Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək
- 14:23 Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
- 14:16 Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib
- 12:19 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
- 10:41 “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
- 10:38 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 09:51 Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib
- 09:50 “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:32 Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
- 09:27 III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
- 09:18 Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə